ASCO bu ilin I yarısının ekoloji tədbirlər hesabatını verib

ASCO bu ilin I yarısının ekoloji tədbirlər hesabatını verib



ASCO bu ilin I yarisinin ekoloji tədbirlər hesabatini verib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı, sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

“Report” xəbər verir ki, bu barədə ASCO-nun açıqlamasında bildirilir.

Məlumatda, həmçinin deyilir ki, bu ilin I yarısında ASCO gəmilərindən 22,64 m³ plastmas, 251,23 m³ qida qalığı, 180,7 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 32,57 m³ istismar tullantısı, 125 m³ neft qalığı, 3662,7 m³ döşəməaltı lyal sular, 4855,74 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 76,2 m³ çən dibində formalaşmış neftli şlam, 4,18 ton yanmış qəlib qumu, 660 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 29 668,29 ton məişət çirkab suyu, 531 ton neftli döşəməaltı-lyal su, 118,647 ton sürtgü yağı, 1201,59 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 597,69 m³ qida qalığı, 50,02 m³ polimer əsaslı və plastmas tullantı, 11,3019 m³ yağlı və neftli tullantı, 27,2 m³ müxtəlif rezin tullantı, 63 ədəd akkumulyator və halvanik element, 302 ,01 m³ istismar tullantı, 5,25 m³ elektron tullantı, 0,22 m³ tibbi tullantı aidiyyatı üzrə təhvil verilib.

Bundan başqa, qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 40,11 m³ müxtəlif ölçülü əşya yığılıb təhvil verilib.

İlin ilk altı ayında ümumilikdə 0,88 ton kağız, 0,5612 ton plastmas, 1 966,54 ton silinmiş qara metal, 8, 752 ton əlvan metal isə təkrar emala göndərilib.





Mənbə: https://report.az/infrastruktur/asco-bu-ilin-i-yarisinin-ekoloji-tedbirler-hesabatini-verib/

Comments are closed, but trackbacks and pingbacks are open.