Aşıq Ələsgərin heykəlinin hazırlanması üçün müsabiqə elan edilib

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan konfrans keçirilib



Asiq Ələsgərin 200 illik yubileyinə həsr olunan konfrans kecirilib

Azərbaycan Mədəniyyət Nazirliyi Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz-layihələrinin hazırlanması üçün heykəltəraşlar arasında açıq müsabiqə elan edib.

Nazirlikdən “Report”a verilən məlumata görə, müsabiqə 23 dekabr 2021-ci il – 15 mart 2022-ci il tarixlərində keçiriləcəkdir.

Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcəkdir. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcəkdir.

Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra 30 mart 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaqdır. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcəkdir.

Qeyd edək ki, müsabiqə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsinə dair Tədbirlər Planı” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2021-ci il tarixli 3019 nömrəli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilir.





Mənbə: https://report.az/medeniyyet-siyaseti/asiq-elesgerin-heykelinin-hazirlanmasi-ucun-musabiqe-elan-edilib/

Comments are closed, but trackbacks and pingbacks are open.