ASK ilə “QazTrade” arasında əməkdaşlıq memorandumu imzalanıb

ASK ilə “QazTrade” arasında əməkdaşlıq memorandumu imzalanıb



ASK ilə QazTrade arasinda əməkdasliq memorandumu imzalanib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə “QazTrade” arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Report”un Konfederasiyaya istinadən verdiyi məlumata görə, memorandumu ASK-nın prezidenti Məmməd Musayev ilə “QazTrade”in baş direktorunun müavini Nurali Bukeyxanov imzalayıblar.

Əldə olunan razılaşmaya görə, tərəflər ümumi maraq kəsb edən ticarət və iqtisadi məsələlər ilə bağlı məlumat və təcrübə mübadiləsi aparacaqlar. Eyni zamanda, birgə elmi və praktik tədbirlərdə iştirak, media dəstəyi kimi əməkdaşlıq əlaqələri nəzərdə tutulub.

Memorandum həmçinin birgə layihələrin həyata keçirilməsini də özündə ehtiva edir.





Mənbə: https://report.az/biznes-xeberleri/ask-ile-qaztrade-arasinda-emekdasliq-memorandumu-imzalanib/

Comments are closed, but trackbacks and pingbacks are open.