Aslıhan virusa yoluxdu, çəkilişlər dayandı

Aslıhan virusa yoluxdu, çəkilişlər dayandı


Türkiyəli aktyor Tolqahan Sayışmanın qurucusu olduğu “Han Medya” şirkətinin ilk ərsəyə gətirdiyi “Sınır” serialının çəkilişləri dayandırılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə ekran işinin baş rolunu canlandıran Aslıhan Karaların koronavirusa yoluxması olub. Çəkiliş həyyətindən daha 9 nəfərin də test nəticələri müsbət çıxıb.

Onlayn platformada yayımlanması planlaşdırılan serialın çəkilişlərinin nə vaxt başlayacağı isə hələlik bəlli deyil.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=134635

Comments are closed, but trackbacks and pingbacks are open.