AŞPA qadın və kişilərin təmsilçiliyi ilə bağlı qətnamə qəbul edib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Qadın və kişilərin AŞPA-da təmsilçiliyi” adlı qətnamə qəbul edib.

“Report” un Fransa bürosu bildirir ki, qətnamə ölkələri AŞPA-dakı nümayəndə heyətətlərində qadınların sayını artırmağa çağırır.

Sənəddə bildirilir ki, qadınlar AŞPA-dakı nümayəndə heyətlərinin azı üçdə birini təşkil etməlidirlər. Sonra qadın deputatların sayı 40 faizə çatdırılmalı və yaxın gələcəkdə onlar nümayəndə heyətlərinin yarısını təşkil etməlidirlər.

“Bu gün istər AŞPA-dakı siyasi partiyalar tərəfindən kommissiyalar təşkil olunarkən, istərsə də komissiyalarda məruzəçilərin təyinatı zamanı “üçdə bir” prinsipinə əsaslanan kvotaya riayət olunmalıdır”, – qətnamədə vurğulanır.





Mənbə: https://report.az/diger-olkeler/aspa-qadin-ve-kisilerin-temsilciliyi-ile-bagli-qetname-qebul-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.