Astarada avtomobil piyadanı vuraraq xəsarət yetirib

Astarada avtomobil piyadanı vuraraq xəsarət yetirib



Astarada avtomobil piyadani vuraraq xəsarət yetirib

Astara rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Bədəlov Əliağa Fətiağa oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ sirkə kasasının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/astarada-avtomobil-piyadani-vuraraq-xesaret-yetirib/

Comments are closed, but trackbacks and pingbacks are open.