“AstraZeneca”: “Vaxzevria” vaksini milyondan çox insanın həyatını xilas edib”

“AstraZeneca”: “Vaxzevria” vaksini milyondan çox insanın həyatını xilas edib"



AstraZeneca Vaxzevria vaksini milyondan cox insanin həyatini xilas edib

Son 11 ay ərzində “AstraZeneca” şirkəti dünyanın 170 ölkəsinə tədarük edilmiş 2 milyard doza vaksin istehsal edib.

“Report” “AstraZeneca”ya istinadən xəbər verir ki, “COVAX Facility” təşəbbüsü çərçivəsində 130 ölkəyə 175 milyondan çox vaksin tədarük edilib.

“Aparılmış qiymətləndirmələrə görə, indiyədək “AstraZeneca” şirkətinin COVID-19-a qarşı “Vaxzevria” vaksini virusa 50 milyon yoluxmanın, 5 milyon xəstəxanaya yerləşdirmə halının və bir milyondan çox ölümün qarşısını alıb”, – şirkətdən bildiriblər.

Xatırladaq ki, ötən ilin aprel ayından etibarən Azərbaycanda 60 yaşdan yuxarı şəxslərə “AstraZeneca” şirkətinin “Vaxzevria” peyvəndinin vurulmasına başlanılıb.





Mənbə: https://report.az/sehiyye-xeberler/astrazeneca-vaxzevria-vaksini-milyondan-cox-insanin-heyatini-xilas-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.