Auditorlar Palatasının gələn il üçün iş planı təsdiq edilib

Auditorlar Palatasının gələn il üçün iş planı təsdiq edilib



Auditorlar Palatasinin gələn il ucun is plani təsdiq edilib

Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib:

1. Auditorlar Palatasının 2022-ci il üzrə iş planının təsdiq edilməsi;

2. “Auditorların məsuliyyətinin gücləndirilməsi tədbirləri”nin layihəsi;

3. “Mühasiblər və Auditorların Avrasiya Qrupu”nun yaradılmasına dair razılaşmanın layihəsi barədə;

4. Auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək imtahan.





Mənbə: https://report.az/maliyye-xeberleri/auditorlar-palatasinin-gelen-il-ucun-is-plani-tesdiq-edilib/

Comments are closed, but trackbacks and pingbacks are open.