AVRO-2020: İsveçli hücumçu yeni rekorda imza atdı

AVRO-2020: İsveçli hücumçu yeni rekorda imza atdı



AVRO 2020 Isvecli hucumcu yeni rekorda imza atdi

İsveç yığmasının futbolçusu Emil Forsberq Avropa çempionatında yeni rekorda imza atıb.

“Report”un məlumatına görə, 30 yaşlı hücumçu E qrupunun III turunda Polşa ilə matçda buna nail olub.

Qarşılaşma başlayandan 1 dəqiqə 22 saniyə sonra hesabı açan forvard çempionatlar tarixinin ən tez ikinci qoluna imza atıb.

Rekord AVRO-2004-də 67-ci saniyədə Yunanıstan yığmasına qol vuran rusiyalı Dmitri Kiriçenkoya məxsusdur.





Mənbə: https://report.az/futbol-xeberleri/avro-2020-isvecli-hucumcu-yeni-rekorda-imza-atdi/

Comments are closed, but trackbacks and pingbacks are open.