AVRO-2020: Türkiyə – İtaliya matçında ilk yarı qolsuz bitdi – YENİLƏNİB

AVRO-2020: Türkiyə - İtaliya matçında ilk yarı qolsuz bitdi - YENİLƏNİB



AVRO 2020 Turkiyə Italiya matcinda ilk yari qolsuz bitdi

Türkiyə və İtaliya yığmaları arasındakı futbol üzrə Avropa çempionatının açılış matçında ilk hissə yekunlaşıb.

“Report”un məlumatına görə, Romadakı “Olimpiko” stadionunda keçirilən görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar – 0:0.

23:00

Türkiyə və İtaliya yığmaları arasında futbol üzrə Avropa çempionatının açılış matçı start götürüb.

“Report”un məlumatına görə, Romadakı “Olimpiko” stadionunda keçirilən görüşü Niderland Futbol İttifaqından Denni Makkeli idarə edir.

Qeyd edək ki, “ay-ulduzlular” A qrupundakı son iki matçını Bakıda keçirəcək. Bakı Olimpiya Stadionu İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.





Mənbə: https://report.az/futbol-xeberleri/avro-2020-turkiye-italiya-matci-basladi/

Comments are closed, but trackbacks and pingbacks are open.