AVRO-2020: Türkiyə millisi İtaliyaya yollandı

AVRO-2020: Türkiyə millisi İtaliyaya yollandı



AVRO 2020 Turkiyə millisi Italiyaya yollandi

Türkiyə millisi Avropa çempionatının açılış oyunu üçün İtaliyaya yollanıb.

“Report”un məlumatına görə, Şenol Güneşin baş məşqçi olduğu komanda Almaniyada təlim-məşq toplanışını bitirərək Romaya gedib.

Qeyd edək ki,Türkiyə yığması Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. “Ay-ulduzlular” daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/avro-2020-turkiye-millisi-italiyaya-yollandi/

Comments are closed, but trackbacks and pingbacks are open.