AVRO-2020: Türkiyə millisinin uğursuzluq səbəbləri açıqlandı

AVRO-2020: Türkiyə millisinin uğursuzluq səbəbləri açıqlandı



AVRO 2020 Turkiyə millisinin ugursuzluq səbəbləri aciqlandi

Türkiyə milli komandasının Avropa çempionatındakı uğursuzluğunun səbəbləri araşdırılıb.

“Report”un məlumatına görə, “Akşam” qəzeti yığmanın A qrupunun ilk 2 oyununda İtaliya və Uelsə məğlubiyyətini futbolçuların təlim-məşq toplanışına qeyri-ciddi yanaşmaları, oyunçular arasındakı münasibətlərin yaxşı olmaması və transfer dedi-qoduları ilə əlaqələndirib.

Nəşr iddia edir ki, mövsümün sonunda ailələri ilə planlaşdırdıqları tətil proqramı futbolçuların matçlara köklənməsinə mane olub: “Məşqçilər heyəti bunun qarşısını ala bilmədi. Millidə oyunçuları motivasiya edə biləcək şəxsin olmaması problem yaratdı. Digər önəmli amil isə arxayınlıqdır. “Biz hamını udarıq” düşüncəsinə qapılan komanda üzvləri AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanmaqla, vəzifələrinin başa çatdığını hesab etdilər”.

Qəzetin idddiasına görə, açılış matçında İtaliyaya 0:3 hesablı məğlubiyyət kollektiv daxilində problemləri daha da artırıb: “Meydana çıxan və ehtiyatda qalanlar arasındakı soyuqluq münasibətləri sarsıdıb. Heyətdəki bəzi oyunçuların özlərini əvəzolunmaz hiss etmələri və baş məşqçi Şenol Güneşin hər bir halda onlara şans verməsi digər futbolçuların narazılığına səbəb olub. Həmçinin toplanış vaxtı bəzi futbolçuların transfer danışıqları apardıqları və yığmaya konsentrasiya ola bilmədikləri görünür. Komandaya mənfi təsir edən digər amil isə Avropa çempionatından sonra Güneşin istefa verəcəyi ilə bağlı xəbərlər oldu”.

Qeyd edək ki, Türkiyə millisi Romada İtaliyaya 0:3, Bakıda isə Uelsə 0:2 hesabı ilə uduzub və hazırda A qrupunda sonuncu pillədə qərarlaşıb. Son oyun yenə Bakı Olimpiya Stadionunda İsveçrə yığmasına qarşı olacaq. İyunun 20-də keçiriləcək görüş saat 20:00-da başlayacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/avro-2020-turkiye-millisinin-ugursuzlugunun-sebebleri-aciqlandi/

Comments are closed, but trackbacks and pingbacks are open.