Avropa çempionatında iştirak edəcək gimnastlarımız bilindi

Avropa çempionatında iştirak edəcək gimnastlarımız bilindi



Avropa cempionatinda istirak edəcək gimnastlarimiz bilindi

Bədii gimnastika üzrə Azərbaycan millisinin Bolqarıstanın Varna şəhərindəki Avropa çempionatı üçün heyəti açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yarışda ölkəni 7 idmançı təmsil edəcək.

Fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova çıxış edəcək. Qrup hərəkətləri komandasının tərkibində isə Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzan yer alıblar.

Qeyd edək ki, Avropa çempionatı 9 – 13 iyunda təşkil olunacaq.





Mənbə: https://report.az/ferdi/avropa-cempionatinda-istirak-edecek-gimnastlarimiz-bilindi/

Comments are closed, but trackbacks and pingbacks are open.