Avropa Liqası: Mahir Emrelinin komandası “Spartak”la qarşılaşacaq

Avropa Liqası: Mahir Emrelinin komandası "Spartak"la qarşılaşacaq



Avropa Liqasi Mahir Emrelinin komandasi Spartakla qarsilasacaq

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma keçiriləcək.

Açılış matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya”sı Rusiyada “Spartak” (Moskva) klubu ilə üz-üzə gələcək.

“Spartak” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Avropa Liqası

Qrup mərhələsi, I tur

C qrupu

18:30. “Spartak” (Moskva, Rusiya) – “Legiya” (Polşa)

Moskva, “Spartak” stadionu

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin digər matçları sentyabrın 16-da baş tutacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/avropa-liqasi-mahir-emrelinin-komandasi-spartak-la-qarsilasacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.