Avrozonada ÜDM artımına dair proqnoz artırıldı

Avrozonada ÜDM artımına dair proqnoz artırıldı



Avrozonada UDM artimina dair proqnoz artirildi

Avropa Mərkəzi Bankı (ECB) avrozonada ÜDM artımına dair proqnozunu əhəmiyyətli dərəcədə artırıb.

“Report” xəbər verir ki, ECB prezidenti Kristin Laqard (Christine Lagarde) idarəçilər şurasının iclasından sonra keçirilən mətbuat konfransında cari ilin proqnozunun mart ayındakı 4 faizlik proqnoza qarşı 4,6 faizə, gələn ilin proqnozunu 4,1 faizə qarşı 4,7 faizədək artırıb.

Həmçinin inflasiyaya dair proqnoz da bu il üçün 1,5 faizdən 1,9 faizədək, gələn il üçün isə 1,2 faizdən 1,4 faizədək artırılıb.

ECB üçün inflasiyada hədəf 2 faizdən bir qədər aşağı rəqəmdir.





Mənbə: https://report.az/maliyye-xeberleri/avrozonada-udm-artimina-dair-proqnoz-artirildi/

Comments are closed, but trackbacks and pingbacks are open.