Avstraliya adasına Britaniya Kraliçası II Elizabetin adı veriləcək

Avstraliya adasına Britaniya Kraliçası II Elizabetin adı veriləcək



Avstraliya adasina Britaniya Kralicasi II Elizabetin adi veriləcək

Avstraliyanın Baş naziri Skott Morrison Kanberradakı Aspen adasının adının 2022-ci ildə taxt-tacının 70 illiyini qeyd edən Britaniya Kraliçası II Elizabetin şərəfinə dəyişdirildiyini açıqlayıb.

Bu barədə “Report” Baş nazirin saytına istinadən xəbər verir.

“Kanberradakı Berli Qriffin gölündəki Aspen adası 2022-ci ilin iyununda keçiriləcək xüsusi tədbir zamanı Kraliça II Elizabet adası adlandırılacaq”, – Baş nazirin saytında deyilir.

Skott Morrison qeyd edib ki, yetmiş illik səlahiyyət müddəti çox böyük nailiyyətdir.

Onun sözlərinə görə, Kraliça Avstraliya xalqına həmişə dərin məhəbbət bəsləyib.





Mənbə: https://report.az/maraqli-melumatlar/avstraliya-adasina-britaniya-kralicasi-ii-elizabetin-adi-verilecek/

Comments are closed, but trackbacks and pingbacks are open.