Avstraliyalı idmançı olimpiya rekordunu qırdı

Avstraliyalı idmançı olimpiya rekordunu qırdı



Avstraliyali idmanci olimpiya rekordunu qirdi

Avstraliyalı üzgüçü Keyli Makkioun Tokio 2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

“Report”un məlumatına görə, o, 100 metr məsafəyə arxası üstə üzmə növündə 57,47 saniyə nəticə göstərərək bütün rəqiblərini qabaqlayıb.

20 yaşlı idmançı bu göstərici ilə olimpiya rekordunu da qırıb. Kanadalı Kayli Mass (57,72) ikinci, ABŞ təmsilçisi Regan Smit (58,05) üçüncü olub.

Qeyd edək ki, Tokio olimpiadası avqustun 8-də başa çatacaq.





Mənbə: https://report.az/ferdi/avstraliyali-idmanci-olimpiya-rekordunu-qirdi/

Comments are closed, but trackbacks and pingbacks are open.