Avstriyada kanslerin ofisində və partiyasının qərargahında axtarışlar aparılıb

Avstriyada kanslerin ofisində və partiyasının qərargahında axtarışlar aparılıb



Avstriyada kanslerin ofisində və partiyasinin qərargahinda axtarislar aparilib

Avstriyada kansler Sebastian Kurtsun mediaya rüşvət verməkdə şübhəli bilinən ən yaxın məsləhətçilərinin ofislərində polis tərəfindən axtarışlar aparılıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin APA agentliyi məlumat yayıb.

Məlumata görə, istintaq hərəkətləri Avstriyanın ən böyük tabloidi “Österreich” nəşri ilə Kurtsun kansler vəzifəsinə başlamasından əvvəl bağlanmış sazişlərin şübhəli olması ilə bağlıdır.

“Die Presse” qəzeti isə bildirib ki, korrupsiya ilə əlaqəli olmaqda şübhəli bilinən kansler barəsində də araşdırma aparılır.

Müstəntiqlər Kurtsun başçılıq etdiyi Avstriya Xalq Partiyasının qərargahında, federal kanslerin ofislərində axtarışlar aparıblar. Xüsusilə kanslerin rəsmi nümayəndəsinin, media ilə iş üzrə səlahiyyətli müşavirinin kabinetlərindəki sənədlər araşdırılıb.

“Die Presse” və “Kurier” qəzetləri bildirib ki, kanslerin ətrafı qəzet məqalələri və müsbət cavablarla sorğular dərc etmək üçün “Österreich”ə rüşvət verməkdə şübhəli bilinir.





Mənbə: https://report.az/diger-olkeler/avstriyada-kanslerin-ofisinde-ve-partiyasinin-qerargahinda-axtarislar-aparilib/

Comments are closed, but trackbacks and pingbacks are open.