“Aygün Kazımovadan kömək istədim, amma…”

"Aygün Kazımovadan kömək istədim, amma..."


“Heç şou-biznesə qayıtmaq həvəsim yox idi. Çünki şou-biznes şou-bazar olub. Nə keyfiyyət, nə mədəniyyət var. Təkcə bizdə yox, Rusiyada da yoxdur. Başım çıxmır ki, Olqa Buzova necə birnömrə ola bilər?”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Samir Bağırov “Ziq-zaq” proqramında deyib. İfaçı sənətinə fasilə verməsinin səbəblərini açıqlayıb:

“Bu fasilədən enerji ilə qayıtmışam. Tam başqayam, dəyişdim. Nə yaxşı belə fasilə eləmişəm. Bu ərəfədə heç nə etmədim, adi insan həyatı yaşadım. Unutdum müğənniyəm, ulduzam. İndi də hər verilişə çıxmağı düşünmürəm”.

Bağırov işləmədiyi ərəfədə tanışlarından maddi dəstək aldığını bildirib:

“Elə bil möcüzə idi. Hər şey özü gəlirdi. Allah sənə elə insanlar göndərir ki… Kimsə mənə pul vermir ki, nəsə alım. İnsanlar mənlə pulsuz işləmək istəyirlər”.

Samir Xalq artisti Aygün Kazımovanın onunla bağlı dediyi “Yenidən səhnəyə qayıtması üçün ona yardım etmək istəyirəm, amma oxumur” açıqlamasına münasibət bildirib:

“Heç kimlə əlaqəm yox idi. Şou-biznesdə dostluq yoxdur. Sənət dostları var, bu da göstərişdir. Həyatda vəziyyət başqadır, bir-birimizi qırırıq. İstəyirdim oxumaq, “Jara” festivalı vaxtı Aygün Kazımova ilə görüşürdüm. Deyirdim, kömək et mənə, deyir, hardan? Deyirəm, neçə vaxtdır işləmirəm, mahnı almağa pulum yoxdur. Pulsuz mahnı ala biləcəyim cavanlar yoxdur? Deyirdi ki, yoxdur pulsuz mahnı. Heç kimdən incimirəm, özümü günahkar hesab edirəm. Çoxdan başa düşməliydim ki, şou-biznesdə dost yoxdur”.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=135554

Comments are closed, but trackbacks and pingbacks are open.