Azərbaycan əmtəəlik propilen istehsalını 20 % artırıb

Azərbaycan əmtəəlik propilen istehsalını 20 % artırıb



Azərbaycan əmtəəlik propilen istehsalini 20 artirib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 93,5 min ton həcmində propilen, 106,8 min ton həcmində polietilen, 108,8 min ton həcmində etilen istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, propilen istehsalının 87,7 min tonu əmtəəlik məhsulun payına düşüb.

Hesabat dövründə propilen istehsalı 21,3 %, əmtəəlik propilen istehsalı 20 % artıb.

Son1 ildə ölkədə etilen və polietilen istehsalı isə müvafiq olaraq 6,6 % və 4,4 % artıb.





Mənbə: https://report.az/senaye/azerbaycan-emteelik-propilen-istehsalini-20-artirib/

Comments are closed, but trackbacks and pingbacks are open.