Azərbaycan bankları 9 ayda 2,7 milyard dollarlıq nağd xarici valyuta alıb-satıb

Azərbaycan bankları 9 ayda 2,7 milyard dollarlıq nağd xarici valyuta alıb-satıb



Azərbaycan banklari 9 ayda 27 milyard dollarliq nagd xarici valyuta

Bu ilin yanvar-sentyabr aylarında manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.

Sənəddə həmçinin deyilir ki, hesabat dövründə tədiyə balansının yaxşılaşması valyuta bazarında təklifi və beləliklə qiymət sabitliyinin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləmişdir.

Hesabat dövründə valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilib ki, bu da əsasən de-dollarlaşma meyilləri ilə izah edilir.

Bu ilin 9 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 1,6 % artaraq 19,2 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 85,9 %-i ABŞ dollarında, 14,1 %-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28,7 %-i banklararası valyuta bazarında (BVB), 71,3 %-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Dövr ərzində BVB-də əməliyyatların 99,3 %-i ABŞ dollarında, 0,7 %-i avroda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmıb.

BDVB-də valyuta əməliyyatlarının həcmi 13,7 milyard ABŞ dolları ekvivalentində olub ki, bunun da 80,5 %-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib.

BDVB-də valyuta əməliyyatlarının 94,9 %-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 35,4 % azalaraq 2,7 milyard ABŞ dolları ekvivalentində olub.

Bunun 85,2 %-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Nağd valyuta bazarında 9 ayda bankların valyuta alışı satışları üstələyib.





Mənbə: https://report.az/maliyye-xeberleri/azerbaycan-banklari-9-ayda-2-7-milyard-dollarliq-nagd-xarici-valyuta-alib-satib/

Comments are closed, but trackbacks and pingbacks are open.