Azərbaycan beynəlxalq “OTDIX Leisure 2021” sərgi-forumunda iştirak edəcək

Azərbaycan beynəlxalq “OTDIX Leisure 2021” sərgi-forumunda iştirak edəcək



Azərbaycan beynəlxalq OTDIX Leisure 2021 sərgi forumunda istirak edəcək

7-9 sentyabr tarixlərində Moskvada keçiriləcək “OTDIX Leisure 2021” sərgi-forumunda turizm bazarının qabaqcıl təmsilçiləri iştirak edəcək. “Eksposentr” mərkəzi sərgi kompleksində “We Will Rock Tourism” şüarı altında keçiriləcək tədbirin məqsədi pandemiya dövründə işləməkdə davam edən iştirakçıları dəstəkləmək və ruhlandırmaqdır.

“Report”un Rusiya bürosunun məlumatına görə, Azərbaycan da “OTDIX Leisure 2021” sərgisində öz turizm məhsullarını və imkanlarını təqdim edəcək. Forumda ümumilikdə 21 ölkə və Rusiya Federasiyasının 70-dən çox subyekti iştirak edəcək.

Turizm operatorları və agentləri, turizm üzrə milli və regional ofislərin rəhbərləri, ekspertlər və iş adamları açıq müzakirələr zamanı son il yarımda bu sahədə baş vermiş əsas hadisələri müzakirə edəcəklər.

Qeyd edək ki, “OTDIX Leisure 2021” tədbirinin işgüzar proqramı çərçivəsində keçiriləcək 30-dan çox tədbirdə 160-dan çox spiker çıxış edəcək. Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid də spikerlər sırasında iştirak edəcəyini təsdiqləyib.

Sentyabrın 8-də keçiriləcək “Azərbaycanın turizm imkanları və yeni marşrutlar” adlı açıq dialoq zamanı Azərbaycanın Rusiya bazarına hansı turizm məhsullarını və marşrutları təqdim etdiyi barədə ətraflı söhbət açılacaq.





Mənbə: https://report.az/turizm/azerbaycan-beynelxalq-otdix-leisure-2021-sergi-forumunda-istirak-edecek/

Comments are closed, but trackbacks and pingbacks are open.