Azərbaycan boksçuları dünya çempionatının hazırlığına başlayıb

Azərbaycan boksçuları dünya çempionatının hazırlığına başlayıb



Azərbaycan boksculari dunya cempionatinin hazirligina baslayib

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib.

Federasiyadan “Report”a verilən məlumata görə, Boks Mərkəzində təşkil olunan məşqlər Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Toplanışa 20-dək boksçu dəvət edilib. Komandaya tezliklə millinin hərbçilərin dünya çempionatında mübarizə aparmış üzvləri də qoşulacaqlar. Mundial 13 çəki dərəcəsində keçiriləcəyindən məşqçilər korpusu yarışa 1 həftə qalmış heyəti müəyyənləşdirəcək.

Qeyd edək ki, oktyabrın 24-də start götürəcək dünya çempionatı noyabrın 6-dək davam edəcək.





Mənbə: https://report.az/ferdi/azerbaycan-boksculari-dunya-cempionatinin-hazirligina-baslayib/

Comments are closed, but trackbacks and pingbacks are open.