Azərbaycan bu il Kirov vilayətindən yem əlavələri idxal edib

Azərbaycan bu il Kirov vilayətindən yem əlavələri idxal edib



Azərbaycan bu il Kirov vilayətindən yem əlavələri idxal edib

Bu ilin əvvəlindən Kirov vilayətindən Moldova, Ukrayna, Tacikistan, Azərbaycan, Gürcüstana 4,4 ton yem əlavələri ixrac olunub.

“Report” bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir.

Bundan başqa, “Rosselxoznadzor”un Kirov vilayəti, Udmurt Respublikası və Perm ərazisi üzrə idarəsi, noyabr ayında Ukrayna və Gürcüstana 203 kq yem əlavələrinin daşınmasına nəzarət edib.

Akkreditə olunmuş laboratoriyalarda, tədqiqatlar zamanı ixrac olunan yem əlavələrinin keyfiyyət və təhlükəsizlik baxımından idxalçı ölkənin tələblərinə uyğun olduğu müəyyən edilib. Bu partiyaya ixrac baytarlıq müşayiət sənədləri verilib. Yükləmə, Departamentin mütəxəssisinin nəzarəti altında dezinfeksiya olunmuş avtomobilə aparılıb.





Mənbə: https://report.az/ask/azerbaycan-bu-il-kirov-vilayetinden-yem-elaveleri-idxal-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.