Azərbaycan gimnastı Dünya Yaş Qrupları Yarışlarında finala yüksəlib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Bakıda keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarında Azərbaycanın batut gimnastı Maqsud Mahsudov finala yüksəlib.

“Report”un məlumatına görə, 13-14 yaş kateqoriyasında mübarizə aparan Mahsudov 99,880 xalla təsnifat mərhələsini ikinci pillədə başa vurub.

Beləliklə, o, həlledici mərhələyə vəsiqə qazanıb.

Finalda Mahsudovla yanaşı, yaponiyalı Haruto Murakami, britaniyalı Maks Middelton, Rusiya gimnastları Vitaliya Çivaqa, İldan Maxiyanov, Lev Busarev, belaruslu Maksim Asipenka və Fransa idmançısı Aleksis Requlus mübarizə aparacaqlar.





Mənbə: https://report.az/ferdi/azerbaycan-gimnasti-dunya-yas-qruplari-yarislarinda-finala-yukselib/

Comments are closed, but trackbacks and pingbacks are open.