Azərbaycan gömrüyü İrandan Rusiyaya aparılan dərman preparatlarını müsadirə edib

Azərbaycan gömrüyü İrandan Rusiyaya aparılan dərman preparatlarını müsadirə edib


Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “xurma” yükü aparan “Volvo” markalı yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılıb və gömrük yoxlaması həyata keçirilib.

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 10 adda müxtəlif markalı 1 424 ədəd dərman preparatı və onlara aid karton qutular aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycan gomruyu Irandan Rusiyaya aparilan dərman preparatlarini musadirə edib





Mənbə: https://report.az/hadise/azerbaycan-gomruyu-irandan-rusiyaya-aparilan-derman-preparatlarini-musadire-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.