Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəlib

Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəlib



Azərbaycan guləscisi Fransada erməniyə qalib gəlib

Fransada klublararası güləş çempionatı start götürüb.

“Report” xəbər verir ki, ilk turda Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi “Şiltgem” komandası “Mets”lə üz-üzə gəlib.

87 kq çəki dərəcəsində mübarizə aparan idmançı 2 görüş keçirib. Əvvəlcə fransalı Salamon Entoni üzərində 8:0 hesablı qələbə qazanan Abbasov daha sonra erməni güləşçi Edqar Xaçaryanı məğlub edib – 6:3. Onun komandası yekunda 7:3 hesablı qələbə ilə ilk turu başa vurub.

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.





Mənbə: https://report.az/ferdi/azerbaycan-gulescisi-fransa-cempionatinda-ermeniye-qalib-gelib/

Comments are closed, but trackbacks and pingbacks are open.