Azərbaycan Gürcüstana başsağlığı verib | Report.az

XİN: Azad edilmiş ərazilərin kütləvi minalanması mülki şəxslər üçün təhlükədir



XIN bascilari Azərbaycan Turkmənistan Turkiyə gorusunu muzakirə ediblər

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.

“Report” xəbər verir ki, bu barədə XİN-in tviter hesabında paylaşım edilib.

“Gürcüstanın Batumi şəhərində yeddimərtəbəli yaşayış binasının çökməsi xəbəri bizi çox kədərləndirdi. Hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirik. Azərbaycan dost Gürcüstanla həmrəyliyini ifadə edir” – paylaşımda deyilir.





Mənbə: https://report.az/xarici-siyaset/azerbaycan-gurcustana-bassagligi-verib/

Comments are closed, but trackbacks and pingbacks are open.