Azərbaycan hotelləri ulduz sertifikatını necə almalıdır?

Azərbaycan hotelləri ulduz sertifikatını necə almalıdır?



Azərbaycan hotelləri ulduz sertifikatini necə almalidir

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hotel Assosiasiyası” İctimai Birliyi ulduz sertifikatı almaq istəyən hotellər üçün bir sıra tələblər müəyyən edib.

“Report” xəbər verir ki, tələblərə əsasən, təsnifat zamanı auditorlar təsadüfi şəkildə yoxlama üçün hər kateqoriyadan bir neçə otaq seçəcəklər.

Yoxlanılacaq otaqların sayı və yaxud faizi məcburi şəkildə qeyd olunmur.

Bundan əlavə qonaq rəyləri yoxlamadan əvvəl və sertifikatın qüvvədə olduğu müddətdə mütəmadi yoxlanılır. Ballar yalnız hər bir otaq üçün bir meyar tamamilə yerinə yetirildikdə və ya müvafiq meyarlarda göstərildiyi zaman verilir.

Hər bir kateqoriya üçün məcburi meyarlar standart keyfiyyət səviyyəsinə zəmanət verir. Könüllü meyarlar isə sahibkara qonaqlarına əlavə xidmətlər təklif etmək azadlığını verir.

Hotellər qarşısında qoyulmuş maraqlı tələblərdən biri konsierj və qapıda durmaq üçün xüsusi ayrılmış işçinin fərqli olması ilə bağlıdır. Tələblərdə də bu nüans xüsusilə istisna olunub. Yalnız ayrıca təyin olunmuş işçilər olarsa, hotel o meyarlara uyğun bal əldə etmiş olur.

Geniş və yüksək kateqoriyalı otaqlar hotelə daha çox bal verir. Yastıqların illik təmizlənməsi və / və ya yastıqların yenilənməsi yalnız sertifikat və ya hesab-faktura ilə təsdiqlənə bilər. Əgər hotel öz paltaryuyan maşınlarında mütəmadi olaraq 60 və 90 dərəcədə yastıqlarını yuyaraq qeydiyyat aparırsa, bu meyar tamamlanmış sayıla bilər.

Bundan əlavə qonaqlama mərkəzlərində olan restoranların həmçinin konfrans otağı kimi də istifadə oluna bilməyəcəyi qeyd edilir. Konfrans otağı avadanlıqları mövcud olan bir restoranı belə auditorlar konfrans salonu kimi tanımayacaq.





Mənbə: https://report.az/turizm/azerbaycan-otelleri-ulduz-sertifikatini-nece-almalidir/

Comments are closed, but trackbacks and pingbacks are open.