Azərbaycan İnvestisiya Holdinqi və Qazaxıstanın Milli Rifah Fondu əməkdaşlıq edəcək

Azərbaycan İnvestisiya Holdinqi və Qazaxıstanın Milli Rifah Fondu əməkdaşlıq edəcək



Azərbaycan Investisiya Holdinqi və Qazaxistanin Milli Rifah Fondu əməkdasliq edəcək

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) baş direktoru Ruslan Əlixanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana işgüzar səfər edib.

“Report” bu barədə Holdinqə istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti bu ölkənin “Samruk-Kazyna” SC Milli Rifah Fondunun rəhbərliyi ilə görüşüb. Görüşdə nəqliyyat-tranzit, enerji, infrastruktur və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib, bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələrdən və məsləhətləşmələrdən sonra iki qurum arasında Əməkdaşlıq Memorandumu imzalanıb. R.Əlixanov bildirib ki, sənəd iki ölkə arasında onsuz da möhkəm olan əlaqələrin daha da möhkəmlənməsində həlledici rol oynayacaq və qarşılıqlı səylər hər iki tərəf üçün səmərəsini verəcək.

“Samruk-Kazyna”nın baş direktoru Almassadam Satkaliyev isə deyib ki, qarşılıqlı əməkdaşlıq bundan sonra da güclənəcək, dərinləşəcək və daha da inkişaf edəcək: “Bu gün imzaladığımız Əməkdaşlıq Memorandumu, hər iki təşkilat arasında keyfiyyətcə yeni bir əməkdaşlığa yüksəlməyimizi ehtiva edir və ölkələrimizin iqtisadi artımını təmin edəcək”.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qazaxıstanın “Baiterek” Milli İdarəetmə Holdinqinin rəhbərliyi ilə də görüşüb, maliyyə sektorlarında əməkdaşlıq məsələlərini müzakirə edib.





Mənbə: https://report.az/maliyye-xeberleri/azerbaycan-investisiya-holdinqi-ve-qazaxistanin-milli-rifah-fondu-emekdasliq-edecek/

Comments are closed, but trackbacks and pingbacks are open.