Azərbaycan kakao idxalına çəkdiyi xərci 26 % artırıb

Azərbaycan kakao idxalına çəkdiyi xərci 26 % artırıb



Azərbaycan kakao idxalina cəkdiyi xərci 26 artirib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 49,341 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,097 milyon ABŞ dolları (25,7 %) çoxdur.

Yeddi ay ərzində Azərbaycanın kakao və ondan hazırlanan məhsullar ixracının dəyəri isə 2,331 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,323 milyon ABŞ dolları (16,1 %) çoxdur.

Hesabat dövründə kakao və ondan hazırlanan məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,78 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.





Mənbə: https://report.az/biznes-xeberleri/azerbaycan-kakao-idxalina-cekdiyi-xerci-26-artirib/

Comments are closed, but trackbacks and pingbacks are open.