Azərbaycan kikboksçusu 26-cı dəfə dünya çempionu olub

Azərbaycan kikboksçusu 26-cı dəfə dünya çempionu olub



Azərbaycan kikbokscusu 26 ci dəfə dunya cempionu olub

Azərbaycan kikboksçusu, Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantı, “Dinamo” İdman Cəmiyyətinin baş inspektoru Eduard Məmmədov İtaliyada veteranlar arasında keçirilən WAKO versiya üzrə dünya çempionatında qızıl medal qazanıb.

“Report”un məlumatına görə, 63 kq-da mübarizə aparan idmançı finalda ukraynalı Artyom Kaşkurtsevi məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Məmmədov WAKO versiya üzrə 6-cı, ümumi versiyalar üzrə isə 26-ci dəfə dünya çempionu olub.

44 günlük Vətən müharibəsindən sonra keçirdiyi ilk yarışda qalib olan kikboksçu qələbəsini şəhidlərin ruhuna həsr edib.





Mənbə: https://report.az/ferdi/azerbaycan-kikbokscusu-26-ci-defe-dunya-cempionu-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.