Azərbaycan Mərkəzi Bankı “FNC” BOKT-a lisenziya verib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “FNC” QSC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

“Report” bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 53-ə çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “FNC”ni bu ilin fevral ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Sumqayıt şəhəri, 6-cı mikrorayon, Gənclik küçəsi, ev 35L, mənzil 2, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Cavid Vaqif oğlu Əzizovdur. 





Mənbə: https://report.az/maliyye-xeberleri/azerbaycan-merkezi-banki-fnc-bokt-a-lisenziya-verib/

Comments are closed, but trackbacks and pingbacks are open.