Azərbaycan mayda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib

Azərbaycan mayda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib



Azərbaycan mayda OPEC plus uzrə ohdəliyini yerinə yetirib

Bu ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 674 min barel olub. Bunun 586 min barelini xam neft, 88 min barelini isə kondensat təşkil edib.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin may ayında 603 min barel, iyun ayında 610 min barel, iyul ayında isə 620 min barel səviyyəsində saxlanılması müəyyənləşmişdi.





Mənbə: https://report.az/energetika/azerbaycan-mayda-opec-plus-uzre-ohdeliyini-yerine-yetirib/

Comments are closed, but trackbacks and pingbacks are open.