Azərbaycan millisinin baş məşqçisi: “Planda belə bir məğlubiyyət yox idi”

Azərbaycan millisinin baş məşqçisi: "Planda belə bir məğlubiyyət yox idi"



Azərbaycan millisinin bas məsqcisi Planda belə bir məglubiyyət yox idi

“İki fərqli hissə oynadıq. Birinci hissənin əvvəlində səhv etdik və rəqib bundan istifadə edib qol vurdu. Qoldan sonra toparlanmağa başladıq və çalışdıq ki, fərqlənək. Təəssüf ki, alınmadı”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov səfərdə Monteneqroya 0:2 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis ikinci hissədə sistemdə bəzi dəyişikliklər etdiklərini bildirib: “Rəqibi meydançada sıxmağa başladıq ki, müdafiədən çıxa bilməsin. İkinci hissəyə çox yaxşı başlamışdıq, qol vurmaq üçün imkanlarımız oldu. Lakin bu şanslardan istifadə edə bilmədik. Məğlub olmamaq üçün komanda irəli atılmışdı. Təəssüf ki, ikinci qolu buraxdıq. Planda belə bir məğlubiyyət yox idi, buraya xal almağa gəlmişdik”.





Mənbə: https://report.az/futbol-xeberleri/azerbaycan-millisinin-bas-mesqcisi-planda-bele-bir-meglubiyyet-yox-idi/

Comments are closed, but trackbacks and pingbacks are open.