Azərbaycan millisinin daha bir oyunu koronavirusa görə təxirə salınıb

Azərbaycan millisinin daha bir oyunu koronavirusa görə təxirə salınıb



Azərbaycan millisinin daha bir oyunu koronavirusa gorə təxirə salinib

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki daha bir oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Belçika millisi ilə oktyabrın 9-da keçirilməli olan matç nəzərdə tutulan vaxtda baş tutmayacaq.

Buna hazırda sözügedən ölkədə səfərdə olan yığmanın 3 futbolçusunun – Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) koronavirusa yoluxmasıdır.

Qeyd edək ki, daha əvvəl U-17-nin Norveçlə görüşü də eyni səbəbdən təxirə salınıb.





Mənbə: https://report.az/futbol-xeberleri/azerbaycan-millisinin-daha-bir-oyunu-koronavirusa-gore-texire-salinib/

Comments are closed, but trackbacks and pingbacks are open.