Azərbaycan millisinin müdafiəçisi cəzalı duruma düşüb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Azərbaycan millisinin futbolçusu Höccət Haqverdi cəzalı duruma düşüb.

“Report”un məlumatına görə, buna 28 yaşlı müdafiəçinin Belqradda Serbiya yığması ilə 2022-ci il dünya çempionatının seçmə oyununda sarı vərəqə görməsi olub.

Təcrübəli oyunçu bu səbəbdən noyabrın 11-də Lüksemburqla ev matçını buraxacaq.

Qeyd edək ki, Serbiya – Azərbaycan görüşündə hazırda ilk hissə oynanılır və hesab rəqibin xeyrinədir – 1:0.





Mənbə: https://report.az/futbol-xeberleri/azerbaycan-millisinin-mudafiecisi-cezali-duruma-dusub/

Comments are closed, but trackbacks and pingbacks are open.