Azərbaycan neft məhsullarının Gürcüstandan tranziti 70 % artıb 

Azərbaycan neft məhsullarının Gürcüstandan tranziti 70 % artıb 



Azərbaycan neft məhsullarinin Gurcustandan tranziti 70 artib

Bu ilin I yarısında Gürcüstanın dəmir yolları ilə 6 milyon ton yük daşınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC məlumat yayıb.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə həcm 500 min ton artıb. Yük daşımalarında 10 %-lik artım son 11 ilin rekord göstəricisi kimi qeydə alınıb.

Məlumata əsasən, yanvar-iyunda Azərbaycanın neft məhsullarının tranziti 70 % artıb. Çin-Avropa istiqamətində konteyner daşımalarında da rekord artım olub. Hesabat dövründə 4 679 TEU tipli konteyner daşınıb ki, bu da illik müqayisədə 3,7 dəfə çoxdur.





Mənbə: https://report.az/biznes-xeberleri/azerbaycan-neft-mehsullarinin-gurcustandan-tranziti-70-artib/

Comments are closed, but trackbacks and pingbacks are open.