Azərbaycan neft məhsullarının ixracından qazancını 2 dəfədən çox artırıb

Azərbaycan neft məhsullarının ixracından qazancını 2 dəfədən çox artırıb



Azərbaycan neft məhsullarinin ixracindan qazancini 2 dəfədən cox artirib

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 971,028 min ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 448,407 milyon ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-avqust ayları ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 27,2 %, dəyəri isə 2,12 dəfə çoxdur.

Bu ilin yanvar-avqust aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 3,47 % olub.





Mənbə: https://report.az/energetika/azerbaycan-neft-mehsullarinin-ixracindan-qazancini-2-defeden-cox-artirib/

Comments are closed, but trackbacks and pingbacks are open.