Azərbaycan Ordusu Qırmızı Bazarda mülki əhalini və obyektləri atəşə tutmayıb – RƏSMİ

MN: "Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri məhv edilib"



MN Ermənistan silahli quvvələrinin doyus vasitələri məhv edilib

“Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb: “Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur”.





Mənbə: https://report.az/herbi-xeberler/azerbaycan-ordusu-bolmelerim-qirmizi-bazarda-mulki-ehalini-ve-obyektleri-atese-tutmayib/

Comments are closed, but trackbacks and pingbacks are open.