Azərbaycan – Portuqaliya matçında meydana bir neçə azarkeş daxil olub

Azərbaycan - Portuqaliya matçında meydana bir neçə azarkeş daxil olub


Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda maraqlı hadisə baş verib.

“Report”un məlumatına görə, görüşün sonlarına yaxın meydançaya bir neçə azarkeş daxil olub.

Onlar rəqib futbolçu Brunu Fernandeşə tərəf qaçıblar. Fanatlar İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən yarımmüdafiəçi ilə şəkil çəkdirib və daha sonra meydanı tərk ediblər.

Qeyd edək ki, hazırda Portuqaliya millisi 3:0 hesabı ilə öndədir.





Mənbə: https://report.az/futbol-xeberleri/azerbaycan-portuqaliya-matcinda-meydana-bir-nece-azarkes-daxil-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.