Azərbaycan Premyer Liqası: “Neftçi” “Keşlə” ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqası: "Neftçi" "Keşlə" ilə qarşılaşacaq



Azərbaycan Premyer Liqasi Neftci Keslə ilə qarsilasacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçiriləcək.

“Report”un məlumatına görə, son çempion “Neftçi” “Keşlə”ni qəbul edəcək.

“Bakcell Arena”dakı qarşılaşma saat 18:30-da start götürəcək. Meydan sahibləri 3 matçdan sonra 4 xalla 6-cı pillədə qərarlaşıb. Xalı olmayan qonaqlar isə sonuncu – 8-ci yerdədir.

Komandalar indiyədək Premyer Liqada 66 dəfə üz-üzə gəliblər. Bunların 36-da flaqman, 15-də isə “Keşlə” 3 xal qazanıb. Topların fərqində də “Neftçi”nin aşkar üstünlüyü var – 103:63. “Keşlə” son 5 görüşdə məğlub olub. “Neftçi”nin meydanındakı son üç qarşılaşmada hər iki komanda fərqlənib.

Azərbaycan Premyer Liqası, IV tur

18:30. “Neftçi” – “Keşlə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”

Qeyd edək ki, turun digər oyunlarında “Qəbələ” “Səbail”i 5 cavabsız qolla üstələyib. “Zirə” isə “Sabah”la heç-heçə oynayıb – 1:1. Tura sentyabrın 20-də keçiriləcək “Qarabağ” – “Sumqayıt” görüşü ilə yekun vurulacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/azerbaycan-premyer-liqasi-neftci-kesle-ile-qarsilasacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.