Azərbaycan Premyer Liqası: “Qəbələ” “Səbail”i darmadağın edib

Azərbaycan Premyer Liqası: "Qəbələ" "Səbail"i darmadağın edib



Azərbaycan Premyer Liqasi Qəbələ Səbaili darmadagin edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

“Report”un məlumatına görə, turun açılış matçı Qəbələdə baş tutub.

Şəhərin eyniadlı komandası “Səbai”i qəbul edib. Qarşılaşma əyayət təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qırmızı-qaralar”ın heyətində 65-ci dəqiqədə Rövlan Muradov hesabı açıb. 83-cü dəqiqədə Ülvi İsgəndərov fərqi iki topa çatdırıb.

85-ci dəqiqə “Səbail”in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 89-cu dəqiqədə Ehtiram Şahverdiyev baxımlı qola imza atıb. 90+1-ci dəqiqədə Rafael Utriq topu rəqib qapıdan keçirib. 90+4-ci dəqiqə İsnik Alimi matçda son nöqtəni qoyub.

Qələbə sayəsində xallarının sayını 10-a çatdıran “Qəbələ” birinci pilləyə yüksəlib. “Səbail” isə hələlik 6 xalla üçüncüdür.

Qeyd edək ki, günün digər oyununda “Zirə” “Sabah”ı qəbul edəcək. Sentyabrın 19-da “Neftçi” “Keşlə” ilə qarşılaşacaq. Tura sentyabrın 20-də keçiriləcək “Qarabağ” – “Sumqayıt” görüşü ilə yekun vurulacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/azerbaycan-premyer-liqasi-qebele-sebail-i-meglub-etdi/

Comments are closed, but trackbacks and pingbacks are open.