Azərbaycan Premyer Liqası: “Sabah” ilk xalını qazanıb

Premyer Liqa: Digər iki oyunun təyinatları açıqlandı



Premyer Liqa Digər iki oyunun təyinatlari aciqlandi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ikinci matçında “Zirə” “Sabah”ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilmiş qarşılaşma 1:1 ilə yekunlaşıb. “Zirə”nin legioneri Mohamed Hamdaui 49-cu dəqiqədə hesabı açıb. Şpiro Periçiç isə 83-cü dəqiqədə qonaqların bərabərlik qolunu vurub. O, zərbə endirən zaman qapıçı Mehdi Cənnətova təmas etsə də, baş hakim İnqilab Məmmədov mərkəzi göstərib.

Xallarının sayını 5-ə çatdıran “qartallar” 5-ci pilləyə yüksəlib. İlk xalını qazanan “Sabah” isə 7-ci yerdədir.

Qeyd edək ki, günün digər oyununda “Qəbələ” evdə “Səbail”i 5 cavabsız qolla üstələyib. Sentyabrın 19-da “Neftçi” “Keşlə”ni qəbul edəcək. Tura sentyabrın 20-də keçiriləcək “Qarabağ” – “Sumqayıt” görüşü ilə yekun vurulacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/azerbaycan-premyer-liqasi-zire-sabah-la-hec-hece-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.