Azərbaycan Premyer Liqasında ən çox futbolçudan istifadə edən klub bəlli olub

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Azərbaycan Premyer Liqasında il ərzində ən çox futbolçudan istifadə edən komandanın adına aydınlıq gəlib.

“Report” Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində “Sabah” klubu qərarlaşıb.

Paytaxt təmsilçisi 29 matçda 40 oyunçunun xidmətindən yararlanıb. “Səbail” (37 – 30 oyuna) ikinci, “Neftçi” (35 – 29 oyuna) isə üçüncü sırada yer alıb.

“Keşlə” (34), “Sumqayıt” (33), “Qəbələ” (32) və “Zirə” (32) (hamısı 29 oyuna) növbəti sıralardadır. Çempionatda ən az futbolçu meydana buraxan “Qarabağ” komandasıdır. Ağdam təmsilçisi 30 qarşılaşmada 27 oyunçuya güvənib.

Qeyd edək ki, araşdırma 2020-ci il noyabrın 15-dən 2021-ci il noyabrın 15-dək aparılıb.





Mənbə: https://report.az/futbol-xeberleri/azerbaycan-premyer-liqasinda-en-cox-futbolcu-oynadan-klub-belli-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.