Azərbaycan Premyer Liqasında ən çox təyinat alan hakimlər bəlli olub

Azərbaycan Premyer Liqasında ən çox təyinat alan hakimlər bəlli olub


Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ilk yarısında ən çox təyinat alan baş hakimlər müəyyənləşib.

“Report”un məlumatına görə, FIFA referisi Elçin Məsiyev bütün həmkarlarını qabaqlayıb. 31 yaşlı ədalət təmsilçisi 14 turdakı 56 qarşılaşmanın 10-nu idarə edib.

Digər FIFA referisi Əliyar Ağayev isə 9 matçda baş hakim funksiyasını yerinə yetirib. Üçüncü sırada 8 görüşlə Kamal Umudlu yer alıb.

Ölkənin daha bir FIFA referisi Rauf Cabarov, eləcə də Rəşad Əhmədov hərəyə 7 dəfə ədaləti qoruyublar. Vüqar Həsənli ilə Rəvan Həmzəzadə 4, Rauf Allahverdiyev, İnqilab Məmmədov və Fərid Hacıyev hərəyə 2 dəfə təyinat alıbsa, Kamranbəy Rəhimov 1 dəfə baş hakim vəzifəsini yerinə yetirib.

Çempionat görüşlərində ümumilikdə 11 baş hakim iş başında olub.

Azərbaycan Premyer Liqasinda ən cox təyinat alan hakimlər bəlli olub





Mənbə: https://report.az/futbol-xeberleri/azerbaycan-premyer-liqasinda-en-cox-teyinat-alan-hakimler-belli-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.