Azərbaycan Premyer Liqasında VAR sistemi daha tez tətbiq oluna bilər

Azərbaycan Premyer Liqasında VAR sistemi daha tez tətbiq oluna bilər



Azərbaycan Premyer Liqasinda VAR sistemi daha tez tətbiq oluna bilər

Pandemiya ilə əlaqədar hər hansı ləngimə baş verməzsə, 2022-ci ilin fevralından Azərbaycan Premyer Liqasında VAR sistemindən istifadə oluna bilər.

“Report”un məlumatına görə, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov hakimlərlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, artıq tender məsələləri öz həllini tapıb: “VAR sisteminin tətbiqi oyunlarda ədalətli qərarların çıxarılması üçün texnoloji dəstəkdən yararlanmaqla yanaşı, hakimlərimizə müasir beynəlxalq standartlarla ayaqlaşmaq imkanı da yaradacaq”.

Məmmədov bildirib ki, yerli çempionatda bu sisteminin tətbiqindən sonra FIFA-ya müraciət olunacaq və oyunları meydanda idarə edən hakimlə VAR arasında olan danışıqların ictimailəşdirilməsinə icazə verilməsi təklif olunacaq: “Bu da hakimlik sahəsində şəffaflığın təmin olunmasına öz töhfəsini verə bilər”.

Qeyd edək ki, daha əvvəl Azərbaycanda VAR sisteminin 2022/2023 mövsümündən tətbiq olunacağı bildirilib.





Mənbə: https://report.az/futbol-xeberleri/azerbaycan-premyer-liqasinda-var-sistemi-daha-tez-tetbiq-oluna-biler/

Comments are closed, but trackbacks and pingbacks are open.