Azərbaycan təbii qaz ixracını 47 % artırıb

Avropada qazın min kubmetrinin qiyməti 546 ABŞ dollarına çatıb



Avropada qazin min kubmetrinin qiyməti 546 ABS dollarina catib

Bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13,242 milyard kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, ötən 8 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 2,350 milyard ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-avqust ayları ərzində ixrac edilən təbii qazın həcmi ötən ilin müvafiq dövründən 47,2 %, dəyəri isə 38 % çoxdur.

Bu ilin ilk 8 ayı ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 18,17 % olub.





Mənbə: https://report.az/energetika/azerbaycan-tebii-qaz-ixracini-47-artirib/

Comments are closed, but trackbacks and pingbacks are open.