Azərbaycan taekvonduçusu: “Bir məğlubiyyətə görə karyeranı bitirmək olmaz”

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“Çin Taypeyini təmsil edən Liu Vey-Tinqə qarşı ilk görüşdə sağ ayağım zədələndi. Çətin döyüş alındı. Ayağıma 2-3 nöqtədən zərbə dəydi. Həmin zədə mənə ikinci qarşılaşmada rahat mübarizə aparmağa mane oldu”.

“Report”un məlumatına görə, bu fikirləri Azərbaycanın taekvonduçusu Milad Beigi Hərçəqani Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırması barədə danışarkən deyib.

80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda uduzduğu Nikita Rafaloviçin (Özbəkistan) onu yaxşı analiz etdiyini bildirib: “Rəqib xal qazanmağa imkan vermirdi”.

Hərçəqani karyerasını bitirmək barədə düşünmədiyini sözlərinə əlavə edib: “Bir məğlubiyyətə görə idmanla vidalaşmaq olmaz. Hələ özümə inanıram. Ümid edirəm ki, qarşıda nəticələr olacaq”.

Taekvondoçu ona dəstək olanlardan üzr istəyib: “Məni sevənlər üzürlü hesab etsinlər. Nəticə yaxşı olmadı və onları sevindirə bilmədim. Söz verirəm ki, gələn yarışda bacardığımı edəcəyəm və yaxşı nəticə qazanacağam”.





Mənbə: https://report.az/ferdi/azerbaycan-taekvonducusu-bir-meglubiyyete-gore-idmanla-vidalasmaq-olmaz/

Comments are closed, but trackbacks and pingbacks are open.