Azərbaycan Türkiyədə keçiriləcək ayaqqabı və başmaq sərgisində iştirak edəcək

Azərbaycan Türkiyədə keçiriləcək ayaqqabı və başmaq sərgisində iştirak edəcək



Azərbaycan Turkiyədə keciriləcək ayaqqabi və basmaq sərgisində istirak edəcək

Dekabrın 6-9-da Türkiyənin Qaziantep şəhərində “Gapshoes” – 32-ci Beynəlxalq Ayaqqabı və Başmaq Sərgisi keçiriləcək.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, sərgidə 300 firma və marka təmsil olunacaq.

Onların arasında Azərbaycana aid şirkətlər də var.

Sərgiyə Suriya, İraq, İran, Mərakeş, Sudan, Rusiya, Özbəkistan, Fələstin və Uqandadan ziyarətçilərin baş çəkəcəyi gözlənilir.

Qaziantep Sənaye Palatasının rəhbəri Adnan Ünverdi bildirib ki, şəhər bir çox sahələrdə olduğu kimi ayaqqabı və digər dəri məmulatları istehsalında da liderdir.

“Belə sərgilər istehsala və ixraca mühüm töhfələr verəcək”, – deyə o, qeyd edib.





Mənbə: https://report.az/biznes-xeberleri/azerbaycan-turkiyede-kecirilecek-ayaqqabi-ve-basmaq-sergisinde-istirak-edecek/

Comments are closed, but trackbacks and pingbacks are open.